Birləşmiş Krallıq Avropa Birliyindən ayrıldıqdan sonra pasportlarını dəyişəcək.

Birləşmiş Krallıq Avropa Birliyindən ayrıldıqdan sonra vətəndaşların pasportlarını dəyişəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin oktyabrından başlayaraq vətəndaşlara veriləcək pasportlar mavi rəngdə olacaq.

Böyük Britaniyada pasportlar hər 5 ildən bir yenilənir. Mavi rəngdə pasportları Birləşmiş Krallığın vətəndaşları sonuncu dəfə 1921-ci ildə işlədib.

Hazırda Birləşmiş Krallığın Breksit prosesinə dəstək verən deputatlar pasportların rənginin dəyişməsini vacib hesab edirlər.

“Avropa Birliyindən ayrılmağımız bizə milli kimliyimizi bərpa etmək və dünyada özümüzə yeni yol açmaq üçün unikal imkandır”, – deyə ölkənin qaçqınlar üzrə naziri Brandon Levis bildirib.

 

Müstəqil.Az

Share: