Birinci xanım, Vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu ünvanlandı…

          Azərbaycan Respublikasının  Birinci Vitse-prezidenti  Mehriban Xanım Əliyevaya
                                                                           ŞİKAYƏT ƏRIZƏSI
Prezident cənab İlham Əliyevin “2006-2010-cu illərdə Bakı şəhər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına və Sərəncamına” uyğun olaraq 2011-ci ildə Bakı şəhər Nizami küçəsi 118-də yerləşən yaşayış binasında yenidənqurma işləri aparılması nəticəsində 124 mənzilin hamısının konstruksiyasında dəyişiklik edilmiş və yaşayış sahələri artırılmışdır.
Yazıb sizə bildirirəm ki,indiyə qədər artırılmış yaşayış sahəsinin sənədləşdirilməsində Nəsimi rayon İH Başçısı A.Əsgərov yaşayış sahələrinin yenidən ölçülərək dəyişiklik barədə sərəncam ilə təsdiqlənmiş qəbul komissiyasının aktını almaqda bizə əngəl törədir.
Ölkə başçısı İlham Əliyevin 13.01.2015-ci il tarixli 439N-li Fərmanın 6-ci bəndinə əsasən yerli İcra Hakimiyyəti orqanları qəbul aktının sürətləri mülkiyyətçiyə müraciət edildiyi gündən 7 gün ərzində təqdim etməlidir. Bəzi mülkiyyətçilərə sərancamları verib, digərlərinə verməməkləri hansı səbəblərə əsaslanaraq, kimin maddi maraqlarına xidmət edir, bu ayrıseçkiliyə İcra Hakimiyyətini nə məcbur edir?
Eyni binanın hansı əlamətlərinə görə müəyyən qrup vətəndaşların hüquqlarını İcra Hakimiyyəti kobud formada məhdudlaşdırır?
Məcbur olub haqqımın təmin edilməsi üçün 1 saylı Baki İnzibati-İqdisadi Məhkəməsinə müraciət etdim.
Məhkəmə AR MPM 21.1, 24.11-ci, AR İnzibati-Prosessual Məcəlləsinin 33.1, 33.3 və AR İPM-nin 35.1 maddələrini əsas tutaraq Baki şəhəri Nizami küçəsi, 118 saylı binanın 25-ci mənzilə aid SƏRƏNCAMIN Bakı şəhəri Nəsimi rayon İH tərəfindən məcburi qaydada verilməsininə dair 09.10.2018-ci il tarixli 2-1inz(81)-2859/2018 N-li Qərar çıxararaq iddiamı təmin etdi (İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilmədiyindən).
Amma təəssüf olsun ki,Nəsimi rayon İcra Hakimiyyəti Məhkəmənin çıxartdığı Qərarları saymır. Dovlət tərəfindən vətandaşa verilən mülk sahəsini məmur niyə sənədləşdirmir, nə məqsəd güdür, vətəndaşı niyə yubadır,bilmirik?!
Yerli İcra orqanı bu cür qanuni pozuntulara yol verməklə, Prezidentimizin Fərmanlarını, AR Mülkü Məcəlləsini, AR İnzibati İcraat Qanununu tam şəkildə pozur.
Nəsimi rayon İH Başçısı A. Əsgərovun özbaşınalığı heç bir ölçüyə sığmır.
A. Əsgərov xalqa xidmət etməyərək vəzifə borcunun yerinə yetirilməsində əsas meyar kimi yalnız maddiyyata qulluq edir.
Yuxarıda qeyd olunan faktları Korrupsiya ilə əlaqələndirirəm.
Bəzi mülkiyyətçilərə sərancamları verib, digərlərinə verməməkləri hansı səbəblərə əsaslanaraq, kimin maddi maraqlarına xidmət edir, bu cür vətəndaşların arasında ayrıseçkiliyə İcra Hakimiyyətini nə məcbur etmişdir? Hərəkətlərində AR-nın 13.01.2004-cü il tarixli 580-IIQ№-li “KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA” Qanunda 4.1, 9, 10-ci Maddədə nəzərdə tutulan Korrupsiya ilə əlaqədar hüquq pozma əlamətləri olan məmurların məqsədləri aydın görünür.
Şikayətimi araşdırmanızı, hüquq pozmalarını korrupsiyaya qarşı mübarizəni, qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsini, Korrupsiyaya Qarşı Mübarizə haqqında Azərbaycan Respublikası Qanununun Maddələrə əsaslanaraq və Qanunda nəzərdə tutulmuş hüquq pozmaların törədilməsinə görə vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını Sizdən Xahiş Edirəm.
Hörmətlə, Maniyeva Almaz
AZ1010, Bakı ş. Nəsimi r-n Nizami küç ev 118,m.25
Maniyeva Almaz, tel.+994554969812
Share: