“Bir Vüqar Həsənli “Qəbələ” kimi komandanı sındıra bilməz”

 

“Qırmızı vərəqəyə qədər istədiyimiz hər şeyi meydanda edirdik. Təəssüf ki, hakim bu cür oyunu “qırdı””.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O, Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sabah”a 0:3 hesabı ilə uduzduqları matçdan danışıb. E. Baxşıyev qarşılaşmanın baş hakimi Vüqar Həsənlinin qərarlarından narazılığını dilə gətirib: “Diqqətlə baxsanız, görərsiniz ki, heç ilk sarı vərəqə də doğru qərar deyildi. Rəqibin futbolçusundan da soruşdum, dedi ki, hakimin sarı vərəqə verməsinə təəccübləndim. Yenə bizə qarşı fərqli qərarlar verirlər. Futbolçulara da dedim ki, ruhdan düşməyin. Bir Vüqar Həsənli “Qəbələ” kimi komandanı sındıra bilməz”.

Share: