“Bir türk olaraq bütün ermənilərdən buna görə üzr istəyirəm”-SƏBƏB

Türkiyənin məşhur yazıçısı Kemal Yalçın “Amerikanın səsi” radiostansiyanın Ermənistan xidmətinə müsahibəsində ermənilərdən qondarma “1915-ci il soyqırımına” görə üzr istəyib.

Virtualaz.org bildirir ki, K. Yalçın deyib: “İlk növbədə istəyirəm ki, türklər, ermənilər, kürdlər və bütün bəşəriyyət əmin-amanlıq içində yaşasınlar, bir-biri ilə düşmən olmasınlar. 100 il ərzində ermənilər soyqırımın tanınması uğrunda mübarizə aparıblar, türklər isə onu inkar etməkdən yorulublar. Soyqırım əksər ölkələr tərəfindən tanınır, Türkiyə isə qəbul etmək istəmir. Mən inanıram ki, Türkiyə bir gün ermənilərin soyqırımı faktını tanıyacaq. Gələcək nəslimizin sülh içində yaşamağını istəyirəm”.

Türkiyəli yazıçı daha sonra jurnalistə erməni dilində müraciət edərək, “ermənilərin ağrısı mənim ağrımdır”deyib: “Mənim sevimli erməni bacım, sənin ağrın mənim ağrımdır. Bir türk olaraq bütün ermənilərdən üzr istəyirəm. Bağışlamaq çətindir, lakin bağışlanılmaq daha çətindir, məni bağışlayın!”.
Müstəqil.Az

Share: