Bir şairin yerinə Şair ağaclar bitib – Şahnaz Şahin

Mənim yağ-bal şeirim

 
Yamanca tənhalaşır,
Olur halbahal şeirim.
Qoru, özünü qoru,
A mənim yağ-bal şeirim.
 
Bir şairin yerinə
Şair ağaclar bitib.
Nə hikkələr yetişib
Nə umacaqlar bitib
 
Tütün kimi öyrəşib
Adam var ki, sözə də.
Çıçək bilib uzadır
Əllərini közə də.
Anam cızza deyərdi
Müəllimim od dedi.
Zehnim, fikrim, xəyalım,
Lap uzağa addadı.
 
Sözə can verəni də,
Can verən söz də gördüm
Yerdə, Göydə nə varsa
Mən elə sözdə gördüm…
 
Görüb gördüklərindən
Olur halbahal şeirim
Qoru, özünü qoru
A mənim yağ-bal şeirim!
Share: