Bir ŞƏKİLin tarixçəsi..

Beynimə hakim kəsilmiş fikirləri bölüşmək istəyirəm sizinlə…
Bu günlərdə Atatürk Mərkəzində kitab tanıtımında idim. Tədbirdə çəkilmiş fotolara baxdıqda kitabın yazarı Namık Kemal Zeybekle çəkdirdiyim şəkil diqqətimi aldı – Zeybəkin qoluna girmişdim. Bu günə qədər belə bir yuxarı ranqlı bir şəxslə şəkil çəkdirməmişəm, o ki qaldı hələ bir qolundan da tutum. Belə bir şəkil nədən alınmışdı, özlüyümdə onu incələdim.
Türkiyənin Mədəniyyət və Turizm bakanı vəzifəsində çalışmış, bir çox ölkələrin nəinki bakanları, hətta birinci şəxsləri ilə görüşmüş, dostluq etmiş bu adam görüşünə gəlmiş insanların yanına gedib, hamı ilə tək-tək salamlaşıb, tanış oldu.

Normal insanlar üçün adi hal sayıla biləcək bu hərəkəti bizim əhatəmizdə-bizlərdən bircə addım “yuxarıda” çalışan insanların heç birindən mən Təranə Musayeva görməmişəm. İnsanları kütlə halında görüb onlarla ünsiyyətdən çəkinib bizdən olub bizdən “yuxarıda” dayananlar. N.K.Zeybek elə bir atmosfer yaratmışdı ki, onun müsafir olduğunu deyil, doğmalarından olduğu hissinə qapılırdı insan. Yaşının heç də az olmamasına baxmayaraq Mədəniyyət bakanı əsl mədəni davranış nümayiş etdirib rəsmi hissədən sonra səmimi ortamda ona yanaşan hər insanı səmimi, gülər üzlə dinlədi, şəkil çəkdirdi. İnsana elə gəlirdi ki N.K.Zeybək səninlə bu ortamda olmaq üçün illərlə həsrət çəkirmiş. Həyatımda kimsə ilə çəkdirmədiyim bir şəklin tarixçəsini danışdım sizə.
Məni qınayanlar da ola bilər-“adətimizdi, kənardan gələni tərifləmək…”.
Mən özümüzdən olan, doğmamız olanları  tədbirlər bitər-bitməz görünməz olduqlarından  gördüyümdən yazdım…

Təranə Musayeva

Share: