Bir qrup ziyalıların və yazarların Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevə müraciəti

Bir qrup ziyalıların,yazarların və ictimai fəalların Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə müraciəti

Hörmətli cənab nazir!

 

Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il, 18 iyulda, Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olmuşdur.

2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbinin məzunu olub. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun “Filologiya” fakültəsini “ bitirib. Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.

“Mənim Qəmli Dünyam”, “Qəlbimdən Gələn Səslər ”, “Quşlara, Buludlara, Uşaqlara” adlı şeir kitablarının müəllifidir.

 

Hal-hazırda Əhmədbəyli kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləyir.”Ocaq” qəzetinin bölgə müxbiridir.

 

DGTYB-nın və AYB-nin üzvüdür, 2017- ci ildə Prezident təqaüdünə layiq görülüb..

 

Allahşükür Ağa şeirlərində vətənpərvərlik və milli dəyərlər mövzusuna hər zaman geniş yer vermişdir. Yazıçılar Birliyinin bütün mətbu orqanlarında müntəzəm olaraq çap olunur.Tanınmış tənqidçilər dəfələrlə onun yaradıcılığını incələmiş, haqqında müsbət fikirlər bildirmişlər.

Ədəbi və ictimai işlərdə hər zaman fəallıq göstərmişdir. Dəfələrlə şeir yarışmalarının qalibi olmuş, həmçinin müəllimlik fəaliyyətində də xeyli uğurlar qazanmışdır. Şagirdləri ən yaxşı ali məktəblərə yüksək nəticə göstərərək qəbul olublar. Bir neçə elmi məqalələrin müəllifidir.Elmi müzakirələrdə fəal iştirak edir.

 

Təhsil hər bir dövlətin,xalqın həyatında mühüm rol oynayır.Sağlam və parlaq gələcəyə gedən yol güclü,mükəmməl təhsildən başlayır.

Məhz buna görə də ölkənin bir qrup ziyalısı,ictimai fəalı və yazarları sizdən dəyərli həmkarımız Allahşükür Ağayevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə layiq görməyinizi xahiş edirik.

Biz inanırıq ki Allahşükür Ağayev kimi işıqlı ziyalılarımız sizin qoyduğunuz yolu böyük məsuliyyət və dəqiqliklə gedə biləcək,Saatlı rayonunun təhsil həyatında saysız-hesabsız irəliləyişlər və nailiyyətlər qazanmasında əlindən gələni əsirgəməyəcəkdir.

Əsəd Cahangir- “Azərbaycan” jurnalının baş redaktorunun müavini, tənqidçi
Cavanşir Yusifli -filologiya elmləri doktoru, tənqidçi
Savalan Talıblı- Jurnalist
Faiq Balabəyli jurnalist,şair, Müstəqil.az saytının təsisçisi
Oğuz Ayvaz-şair
Adilə Nəzər – Filologiya üzrə fəlsəfə doktoru,şair,AYB-nin üzvü
Səfa Rəşid- şair, YYSQ-nun İspaniya təmsilçisi 
Dayandur Sevgin-şair,AYB-nin üzvü
Namiq Hacıheydərli-şair
Fərid Hüseyn-şair,AYB-nin üzvü
Həsən Kür-şair
Faiq Hüseynbəyli – şair,AYB-nin üzvü
Narıngül Nadir – şair,jurnalist ,AYB-nin üzvü
Aysel Xanlarqızı Səfərli – şair,AYB-nin üzvü, Müstəqil.Az saytının redaktoru
Qismət Məsim-şair
Gülnarə Sadiq-şair, AYB-nin üzvü
Ulucay Akif-şair, AYB-nin üzvü
Nərgiz İsmayılova- Filologiya üzrə fəlsəfə doktoru, şair
Şəfa Vəli-şair, AYB-nin üzvü
İradə Aytel-şair,jurnalist
Taleh Mansur – şair ,AYB-nın üzvü
Nuranə Nur-şair, AYB-nin üzvü
Etibar Qoca- rəssam,şair
Behbudov Pərvin -kompüter mühəndisi
Zahid Məmmədli-müəllim
Zahid Hüseynoğlu -müəllim
Oruc Muradov- müəllim
Müstəqil.Az
Share: