Bir qrup ziyalılar Beyləqan rayonunda şəhid ailələrini və məzarlarını ziyarət etdilər. – FOTO

Müstəqil.Az xəbər verir ki , bir qrup ziyalılar Beyləqan rayonunda şəhid ailələrini və məzarlarını ziyarət ediblər.

Biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayevin şəxsi təşəbbüsü ilə bir qrup ziyalı- Füzuli Qurbanov, Şöhlət Zeynalov, Alim İsmayil, Etibar Yaqubov,Zeynəddin Sabanov, Sənan Həsənov və Əlisahib Hüseynli  bu həssas və önəmli gündə şəhid ailələrinin acılarına şərik olmağa çalışaraq onları ziyarət ediblər.
Bir tərəfdə övlad itkisi, digər tərəfdə Vətən, Torpaq!
Bu ağır və şərəfli gündə şəhid valideyinlərinə yeganə təsəlli isə Xalq, Ordu və Dövlətin yumruq kimi birliyi və Qələbədir!
Böyük Xalqımız var!
Şahid valideyinləri və məzarları önündə baş əyirik!
Allah şəhidlərimizə rəhmət eləsin!

Sadiq Qarayev

Biologiya üzrə fəlsəfə doktoru,AYB və Rusiya Yazıçılar Birliyinin üzvü,
“Qızıl Kəlmə” mükafatçısı, Prezident təqaüdçüsü.
Müstəqil.Az
Share: