Bir ölkə sakini orta hesabla ayda neçə manatlıq bazarlıq edir?

Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30,9 milyard manatlıq, o cümlədən 17,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata əsasən, 2021-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 216,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.


Share: