Bir ailənin 5 üzvü qəzaya düşdü

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Müstəqil.Az  xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, təmir aparılan yol ilə hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq yola tökülən çınqıl topasına çırpılması nəticəsində bir ailənin 5 üzvü, sürücü Nəriman Abbasov, Ruqiyyə Abbasova (1997), Xuraman Abbasova (2000), Aytac Abbasova (2002) və Elmira Abbasova (2014) xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

 

Share: