Binəqədidə yaşayış binasında yanğın, sakinlər təxliyə edildi

Bakının Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.

Müstəqil.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Müstəqil.Az

Share: