Binəqədidə avtomobil piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Müstəqil.Azın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Əmirov Bağdar Qorxmaz oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Müstəqil.Az 

Share: