Binəli Yıldırım istefa verdi

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım istefa verib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Bu gün mən Türkiyə Böyük Millət Məclisində tutduğum vəzifədən istefa verirəm”,- deyə o bildirib.
Qeyd edək ki, Binəli Yıldırım bu addımı İstanbulun bələdiyyə  başçısı postuna namizədliyini irəli sürmək üçün atıb.
Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Qonşu ölkədə bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir
Share: