Binə qəsəbəsində su olmayacaq

Bu gün axşam saatlarından sentyabrın 23-ü günün birinci yarısınadək Binə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Qafqazinfo”ya bildirilib.

Qeyd edilib ki, bu, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.


Share: