Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbdə “Nümunəvi dərs”…

 Binəqədi rayonu , N.Babayev adına 144 saylı tam orta məktəbi təlim tərbiyəsi, maraqlı yenilikləri, təhsil səviyyəsi ilə fərqlənən məktəblərdən biridir.

Müstəqil.az xəbər verir ki, məktəbdə aprel ayı “Riyaziyyat-fizika” fənləri aylığı elan olunduğu üçün nümunəvi dərslərin dinlənilməsi davam edir.

Növbəti belə bir  dərs 25 aprel,2019-cu il  Riyaziyyat fənni üzrə 9a  sinfində, fənn müəllimi Cabbarova Sevdanın təşkilatçılığı ilə keçirildi.

Ədədi silsilənin ilk n həddinin cəmi düsturu” mövzusunda təqdim olunan nümunəvi dərsin əvvəlində köhnə mövzu sual-cavab olundu.Qrup şəklində bölünən komandalara “sərbəst iş” nümunələri verildi.

Daha sonra şagirdlər verilən tapşırıqları lövhədə ətraflı şəkildə izah etdilər.Şagirdlər arasında qiymətləndirilmə aparıldı.Sonda şagirdlərə yeni dərs izah olundu,ev tapşırığı verildi.

Dərs şagirdlərin fəallığı ilə müşayiət olunmaqla yanaşı,səmərəli və faydalı keçdi.

 

Müstəqil.Az

Aysel Səfərli

Share: