Bakıda ağır yol qəzası – ÖLƏN VƏ YARALANANLAR VAR

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Hövsan-Zığ yolunda “Lada Priora” və “Vaz 2107” markalı iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdə olan şəxslərdən 21 yaşlı oğlan hadisə yerində ölüb. Daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Share: