Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı

Amerikalı milyarder və “Microsoft” korporasiyasının yaradıcısı Bill Geyts Edinburq şəhərində yerləşən “GALVmed” təşkilatına 40 milyon dollar bəxş edib.

İKT.lent.az-ın “The Business Insider” nəşrinə istinadən məlumatına görə, bu vəsait ideal inəyin yaradılmasına sərf ediləcək.

B.Geytsin fikrincə, ideal inək adilərindən 4 dəfə məhsullar olmalı və qızmar havada daha dözümlü olmalıdır.

Hələlik belə bir heyvanların necə yaradılacağı məlum deyil. Ancaq daha əvvəl milyarder süni mayalanmadan istifadə edilməsini təklif edib.

 Müstəqil.Az

Share: