Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək.

 

 

Müstəqil.Az bildirir ki, 10 sentyabr 2019-cu il tarixində saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində “Məişət zorakılığı” mövzusunda tədbir keçiriləcək.


Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcəkdir.
Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.
Tədbirdə ölkəmizin millət vəkilləri, QHT rəhbərləri, KİV nümayəndələri və digər tanınmış ziyalılar iştirak edəcəklər.
Sizin hər birinizin bu tədbirdə iştirakınızı olduqca zəruri hesab edirik. Gəlin, uşaqlara qarşı edilən bütün zorakılıqları birgə müzakirə edəyin!!!

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri
Lamiyə İsazadə hamınızı uşaqlarımızın gələcəyini düşünməyə,onlar üçün gözəl işlər görməyə səsləyir.

 

Müstəqil.Az

La imagen puede contener: 1 persona, texto
Share: