“Beşiktaş” yeni futbolçu transfer etdi

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisi “Adana Demirspor”dan Tayyip Talha Sanuçu transfer edib. İyirmi iki yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Tayyip Talha Sanuç “Adana Demirspor”a 2018-ci ilin yayında “Karabükspor”dan transfer olunmuşdu.


Share: