Berluskoninin sərvəti — Yaxtalar, qayıqlar, villalar…

“İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin mirası 4 milyard avro dəyərində qiymətləndirilir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

Berluskoni 1978-ci ildə yaratdığı “Fininvest” media qrupunun 61%-nə sahibdir.  “Fininvest”in səhmlərinin bazar dəyəri 2,9 milyard avro olaraq qiymətləndirilir. Məlumata görə, Berluskoni şirkətin son illərdəki fəaliyyətindən gündə 170 min avro qazanıb.

Keçmiş Baş nazirin İtaliyada bir neçə villası, Roma və Milanda mənzilləri, yaxtaları və yelkənli qayığı var.

O, həmçinin “Monza” futbol klubunun sahibi olub.

Qeyd edək ki, İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib. 

Xatırladaq ki, italiyalı siyasətçi aprelin 5-i xəstəxanaya yerləşdirilmiş və orada pnevmoniyadan müalicə almışdı. O, mayın 19-u evə buraxılmışdı.

Berluskoni 1994-1995, 2001-2006 və 2008-2011-ci illərdə İtaliyanın Baş naziri olub.


Share: