Berluskoni 85 yaşında TikTok hesabı açdı — Video

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni TikTok sosial şəbəkəsində hesab açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk videosunda siyasətçi gənclərə müraciət edib.

“Bu platformada 5 milyondan çox insan var və 60 faiziniz 30 yaşdan aşağısınız. Mən bir az qısqanıram, amma yenə də sizin üçün çox xoşbəxtəm”, – 85 yaşlı Berluskoni deyib.

Berluskoni qeyd edib ki, o, öz fraksiyasına yaxın olan və italyan gənclərini narahat edən məsələləri müzakirə etmək üçün şəxsi TikTok hesabı açıb.


Share: