Berlin Film Festivalı İran etirazçılarını dəstəklədi

Berlin Film Festivalının münsiflər heyətinin başçısı Kristen Stevart İran etirazçılarının çağırışlarını dəstəklədiklərini deyib.

Kulis.az xəbər verir ki, tanınmış amerikalı aktrisa İran hökumətinin xüsusən qadınlara qarşı repressiyalarına səssiz qalmayacaqlarını söyləyib.

“Berlin Film Festivalı İranda azadlıq çağırışlarını dəstəkləyir və bu işi dəstəkləyən bir çox müstəqil İran kinorejissoru ilə daimi əlaqə saxlayır”, – deyə Münsiflər Heyətinin başçısı bildirib.

Share: