Benzema sosial media hesablarını sildi

Madrid “Real”ının ulduz hücumçusu Kərim Benzema qəfildən bir neçə məşhur sosial şəbəkədəki hesablarını silmək qərarına gəlib.

34 yaşlı fransalı futbolçu “Instagram” və “Twitter” hesablarını deaktiv edib. Benzemanın hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil.

Xatırladaq ki, Kərim bu il “Qızıl top” mükafatının favoritidir. Ötən mövsüm fransalı kral klubu ilə birlikdə Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub.

Mənbə: liveresult.ru

Share: