Benzema “Real”dan getdi

“Real”ın futbolçusu Kərim Benzema klubdan ayrılacağını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Xatırladaq ki, Madrid təmsilçisinin hücumçusu iki mövsüm ərzində ildə 100 milyon avro qazanacağı “Əl İttihad”a keçməyə yaxındır.

Qeyd edək ki, klubun əfsanəsi “Real Madrid”də 647 oyunda 353 qol vurub, beş Çempionlar Liqası titulunu qazanıb.


Share: