Benində neft anbarında güclü partlayış baş verib, ölənlər var

Beninin şərqində neft anbarını əhatə edən yanğında azı 34 nəfər həlak olub.

Bu barədə Beninin hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunur ki, yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib.

Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.

Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.

Mənbə: Beninwebtv.com

Share: