Belarus Rusiyaya birləşsə, nələr olacaq? – Romançuk

Moskva daim Belarusda polis və zabit hazırlığını həyata keçirib. Ona görə də rusların güc strukturlarına müdaxiləsi əhəmiyyətli dərəcədə güclüdür.

Müstəqil.Az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Belarusdan olan iqtisadçı Yaroslav Romançuk deyib.

“Əgər biz Rusiya ilə inteqrasiyaya getsək, Belarusun konfliktlərə müdaxilə etməməsi keçmişdə qalacaq. Rusiya Belarus ərazisini geosiyasi ekspansiyasını gerçəkləşdirmək üçün daha çox istifadə etmək imkanı əldə edəcək. Kremldə bu barədə düşünürlər, aktiv informasiya, geosiyasi savaş aparırlar. Bu mərhələdə Moskvaya Avropa Birliyində fikir ayrılıqları yaratmaq önəmlidir”, – deyə o bildirib.

İlkin METE

Share: