Bekhemin oğlu İngiltərə klubunda

İngiltərənin “Brentford” klubu Romeo Bekhemi heyətinə qatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 

20 yaşlı hücumameyilli yarımmüdafiəçi “İnter Mayami”nin sahibi Devid Bekhemin oğludur. “Brentford” futbolçunu mövsümün sonuna kimi bu klubdan icarəyə götürüb.

Romeo klubun ikinci komandasında çıxış edəcək.

Qeyd edək ki, R.Bekhem bundan əvvəl “İnter Mayami”nin ikinci komandasında oynayıb və 26 oyunda 2 qol vurub.


Share: