BDU-nun tələbəsi “Moskva merinin təqaüdü”nə layiq görüldü – FOTO

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dördüncü kurs tələbəsi Yana Məlikova “Moskva merinin təqaüdü”nə layiq görülüb.

 

Müstəqil.Az-a BDU-dan verilən məlumata görə, Azərbaycandan bu təqaüdə layiq görülən 15 tələbədən biri olan Y.Məlikova əla oxuduğuna, ictimai fəallığına və rus dilində təhsil aldığına görə seçilib.

 

Təqaüd üçün ikinci və daha yuxarı kurslarda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçimlərdə əsasən aztəminatlı ailələrdən olan tələbələrə üstünlük verilir.

 

Latviya, Litva, Estoniya və Moldovada həyata keçirilən “Moskva merinin təqaüdü” proqramı Azərbaycanda 10 ildir ki, tətbiq olunur.

 

Share: