BDU-da “Ulduz” jurnalının son sayında dərc olunanlar və Filologiya fakültəsinin gənc yazarları ilə görüş keçirildi

Müstəqil.Az bildirir ki, bu gün BDU-da “Ulduz” jurnalının bu sayında dərc olunanlar, o cümlədən Filologiya fakültəsinin gənc yazarları ilə görüş keçirilib.

“Səməd Vurğun Poeziya ocağı”nda gerçəkləşən tədbirdə jurnalın baş redaktoru, şair, publilist Qulu Ağsəs, DGTYB-nin başqanı, şair İntiqam Yaşar, 6-cı sayda “Özüylə söhbət” və Nəsimi haqqında elmi məqaləsilə, eyni zamanda jurnalın eksperti olaraq çıxış edən f.ü.f.d., şair Adilə Nəzər, şairlər Taleh Mansur, Dayandur Sevgin “Söz” ədəbi birliyinin qonağı olublar.

Görüşdə BDU-nun professorları Yeganə İsmayılova və Məti Osmanoğlu, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov gənc yazarlarla birgə ədəbi müzakirələr aparıblar. Gənclər yeni şeirlərini oxuyub və onların maraqlandıran suallarla jurnal əməkdaşlarına müraciət ediblər.

Növbəti görüş yeni tədris ilinə planlaşdırılıb.

Share: