Dünən, mayın 4-də, Bakı Dövlət Universitetində, İnformasiya və sənəd menecmenti (keçmiş kitabxanaşünaslıq) fakültəsinin təşkilatçılığı ilə AYB-in katibi, tanınmış şair-publisist, esseist Səlim Babullaoğlunun 4 il əvvəl gerçəkləşdirdiyi və müəllifi olduğu, “Şuşa ili” ilə bağlı “Şuşaya salam!” layihəsinin özünəməxsus təqdimatı, layihə çərçivəsində tələbələrin hazırladığı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə müəllifin dostum və həmkarım AYB-nin katibi İlqar Fəhmi də iştirak edib.
Müstəqil.Az bu haqda S. Babullaoğlunun feysbuk sosial şəbəkədəki divarındakı paylaşımdan məlumat əldə edib.
Səlim Babullaoğlu görüşlə bağlı təəssüratlarını bölüşüb:
Səlim Babullaoğlu görüşlə bağlı təəssüratlarını bölüşüb:
“Təhil aldığım doğma fakültədə olmaq, xüsusilə də bu münasibətlə olmaq məni çox sevindirdi, məmnun elədi. Həm də ona görə ki, mənə dərs demiş əziz müəllimlərimi və indi müəllim kimi çalışan tələbə yoldaşlarımı gördüm.

Digər məmnuniyyət hissim, universitetin o korpusunun əsaslı və çox gözəl, zövqlü təmiriydi. Binanın çardağında “mirovoy” bir guşə vardı.
Sağ olsun, Universitetin rektoru hörmətli Elçin müəllim.
Mən ayrıca olaraq fakültənin dekanı, əziz həmkarım Ələmdar Cabbarlıya dərin təşəkkür edirəm. Bu onun ikinci belə gözəl, qürur verən təşəbbüsüdür.

Ələmdar müəllim, çox sağ olun.
Tədbiri təşkil edən dəyərli tələbələrə çox sağ olun deyirəm.
Tədbirdə vaxtilə layihə çərçivəsində şeir oxumuş Xurşud Davron, Mariya Kobets və Dmitro Drozdovskinin videoqiraətlərinin dinlədik, baxdıq.

İlqar Fəhmi, Ayan Xəndan, Knyaz Aslan, Ələmdar Cabbarlı şeirlərini oxudular.
Mən də həm öz şeirimi, həm tədbirə üzrlü səbəbə qatıla bilməyən şair Fərid Hüseynin şeirini, həmçinin böyük qırğız şairi Əliqul Osmanovun şeirini oxudum.
Sizin hamınıza minnətdarlıq edir, şəkilləri, şərh yerində isə iki keçidi paylaşıram.”

Müstəqil.Az





















