Bayramın mübarək, böyük JURNALİST!

Əsl istedad ipə-sapa yatmır. Bir az çılğın, bir az dəlisov, bir az da özündən əmin olur…

Müstəqil.Az xəbər verir ki, tanınmış jurnalist Elman Eldaroğlu həmkarı, istedadlı və sevilən jurnalisr Aydın Canıyevi özünün feysbuk səhifəsindəki divarında bu sözlərlə təbrik edib:

“Bu baxımdan Aydın Canıyev mənə böyük alman bəstəkarı Baxı xatırladır. İstəyəndə şalvarını çəkib arxasını onu izləyənlərə göstərməklə təhqir də edə bilir, yediyi süfrəyə tüpürə də. Bu onun mədəniyyətsizliyindən xəbər vermir. O, ən böyük MƏDƏNİYYƏTin SƏMİMİYYƏT olduğunu yaxşı başa düşür. Aydın Canıyev XXI əsr azərbaycan jurnalistikasının ən istedadlı simalarından biridir. Əgər şəxsi keyfiyyətlərə görə deyil, əsl istedada qiymət verilərsə Aydın Canıyev bir jurnalistə təqdim olunacaq bütün mükafatlara layiqdir. Aydın Canıyev, heç Baxın da fəxri adları olmayıb, amma dünya durduqca yaşayacaq.
Bayramın mübarək, böyük JURNALİST!”

Elman Eldaroğlu

 

Share: