Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb

ABŞ prezidenti Co Baydenin amerikalılar arasında populyarlığı onun andiçmə mərasimindən sonra ən aşağı həddə düşüb.

Bunu bazar günü dövlət başçısının 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən seçilmək qərarını elan etməsindən sonra “The Washington Post” və ABC televiziyası tərəfindən aparılan sosioloji araşdırmanın nəticələri sübut edir.

Məlumata görə, hazırda respondentlərin yalnız 36%-i Baydenin dövlət başçısı kimi fəaliyyətini bəyənir. Halbuki, fevralda bu göstərici 42% olub.

Eyni zamanda, demokratların tərəfdarları arasından respondentlərin 58%-i partiyanın Baydeni seçkilərdə namizəd kimi irəli sürməsinə qarşıdır.

Bundan əlavə, sorğuya əsasən, əgər prezident seçkiləri indi keçirilsəydi, o zaman ABŞ vətəndaşlarının 44%-i Trampa, 38%-i isə hazırkı dövlət başçısına səs verərdi.

Share: