Baydenin keçmiş ofisindən yenə məxfi dövlət sənədləri tapıldı

ABŞ Prezidenti Co Baydenin ofisindən ikinci dəfə dövlət məxfi sənədlər tapılıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sənədlər Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aiddir.

Baydenin şəxsi vəkilləri Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.

Ağ Ev rəsmilərinin sözlərinə görə, Ədliyyə Nazirliyi sözügedən sənədlərdə məxfi məlumatların olub-olmaması barədə araşdırmanı davam etdirir.

Qeyd edək ki, Co Bayden iqamətgahından tapılan sənədlərə görə keçmiş Prezident Donald Trampı məsuliyyətsizlikdə ittiham edir.


Share: