Baydendən İranın hücumlarına — Cavab

“ABŞ İranla münaqişəyə can atmır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ottavada mətbuat konfransı zamanı ölkəsinin Suriyadakı hərbi bazalarının atəşə tutulmasından danışarkən deyib. 

“Biz İranla münaqişəyə can atmırıq. Lakin öz vətəndaşlarımızın müdafiəsi üçün qətiyyətlə addım atmağa hazırıq”, – deyə ABŞ lideri qeyd edib. 

Qeyd edək ki, martın 23-ü ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən Hasaka vilayətindəki bazasının obyektinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib. Hadisə nəticəsində 1 amerikalı həlak olub, daha 6 nəfər isə yaralanıb. Vaşinqton sözügedən PUA-nın İrana məxsus olduğunu açıqlayıb. Bayden buna cavab olaraq Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçilər Korpusu ilə əlaqəli qruplar tərəfindən istifadə olunan obyektlərə aviazərbələr endirməklə bağlı göstəriş verib. 

Bununla yanaşı, “Al-Mayadin” telekanalının məlumatına görə, daha sonradan ABŞ-nin Suriyadakı digər bazalarında bir neçə raket partlayıb.


Share: