Bayden və Tramp Meksika ilə sərhədyanı regiona səfər edəcək

ABŞ Prezidenti Co Bayden və sabiq Prezident Donald Tramp ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı kampaniya çərçivəsində Meksika ilə sərhədyanı regiona səfər edəcəklər.

xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

Qeyd olunub ki, onların səfərləri duel xarakterli olacaq. Belə ki, onların hər ikisi bu gün günortadan sonra ABŞ-Meksika sərhədi boyunca müxtəlif ərazilərə səfərlər etməyi planlaşdırır. Səfər zamanı seçicilərlə görüşlərdə immiqrasiya məsələlərinin bu il keçiriləcək prezident seçkiləri kampaniyasında əsas rol oynayacağı vurğulanıb.

Co Baydenin Texas ştatının Braunsvill şəhərinə səfəri zamanı respublikaçıları Senatın qanun layihəsinin əleyhinə çıxmaları səbəbindən tənqid edəcəyi gözlənilir. Həmin qanun layihəsi sərhəd təhlükəsizliyi üçün milyardlarla dollar əlavə maliyyə vəsaitinin təmin edilməsini nəzərdə tutur.

Kamilla Kazımova

Share: