Bayden maskasını “itirdi”

Vəzifələrinin icrasına başladığı 100 gündə başına gələn qəribə hadisələrlə fərqlənən ABŞ Prezidenti Co Bayden, yenə pərt olub.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirir ki, bu dəfə o, izdiham qarşısında çıxışından əvvəl təqribən bir dəqiqə maska axtarışında olub.

Bu barədə RT də kadrlar yayımlayıb.

“Mənim problemim var, mən maskamı itirmişəm”, – deyə o bildirib.

Kadrlarda onun hər yeri – tribunanı, qovluqların, kağızların arasını axtardığı görünür. Maskanı tapmağa isə birinci xanım kömək edib. Məlum oldu ki, fərdi qoruyucu vasitə Prezidentin cibində imiş.

Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb, bəziləri “ölkənin 30 saniyə təhlükədə olduğunu” deyib.

Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl çıxışı zamanı “eskalasiya” sözünü “vaksinasiya” ilə dəyişik salmışdı, həmçinin RF Prezidenti Vladimir Putinin soyadını “Klutin” kimi tələffüz etmişdi.

Onun “Bir nömrəli göyərtəyə” çıxarkən yıxılması isə sosial şəbəkələrdə müxtəlif mövzulara yol açmışdı…

 

Müstəqil.Az

Share: