Bayden ad gününü belə qeyd edəcək

ABŞ Prezidenti Co Baydenin doğum gününü necə qeyd edəcəyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Bayden noyabrın 20-də özəl gününü ailəsi ilə qeyd etmək niyyətindədir.

“Birinci xanım bazar günü Prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlayacaq. Adətən bunu Şükran günündən əvvəl çərşənbə günü qeyd edirlər. Amma həftə sonu ailəsi burada olduğunda birlikdə qeyd olunacaq”– deyə o, jurnalistin sualını cavablandırıb.

Qeyd edək ki, noyabrın 20-də Baydenin 80 yaşı tamam olacaq.


Share: