Bayden əməliyyat olundu

ABŞ Prezidenti Co Bayden əməliyyat olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin həkimi Kevin O’Konnor məlumat verib.

O, Baydenin bütün xərçəng toxumalarının uğurla çıxarıldığını təsdiqləyib.

Ağ Ev həkiminin sözlərinə görə, Bayden dermatoloji nəzarəti davam etdirəcək. O, həmçinin biopsiyanın yerinin sağaldığını və əlavə müalicəyə ehtiyac olmadığını bildirib.


Share: