“Bavariya” “Yunion”un işini ilk hissədə bitirdi – VİDEO

Almaniya Bundesliqasının XXII turunda “Bavariya” – “Yunion” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, görüş Münhendə keçirilib.

Matça sürətli başlayan “Bavariya” berlinlilərin işini ilk hissədə bitirib.

31-ci dəqiqədə Erik Çupo-Motinq, 40-cı dəqiqədə Kinqsli Koman, 45+1-ci dəqiqədə isə Camal Musiala fərqlənərək komandalarına asan qələbə qazandırıblar.

Bu qələbə ilə xallarının sayını 46-a çatdıran “Bavariya” turnir cədvəlində liderliyə yüksəlib. 43 xalı olan “Yunion” isə üçüncü pillədə qərarlaşıb.

Share: