Batumidə qatar vaqonu relsdən çıxdı: dörd avtomobil zədələndi

Gürcüstanın Batumi (Acariya) limanında qatarın vaqonu relsdən çıxıb. Nəticədə 4 avtomobil zədələnib.

Həmçinin konteyner terminalının beton hasarı dağılıb. Dağıntılar ərazidə olan avtomobillərə ziyan vurub.

Qatarın hansı səbəbdən sıradan çıxması hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Batumi limanı hələlik hadisə ilə bağlı şərh verməyib.

Mənbə: Sputnik Gürcüstan  

Share: