Basqalın tarixi məscidi bərpa olunacaq – AÇIQLAMA + FOTO

Basqalın tarixi məscidi bərpa üçün hazırlanır.

Bunu Turizm Agentliyinin jurnalistlər üçün Basqala nəzərdə tutulan mediaturu zamanı jurnalistlərə açıqlamasında Agentliyin baş memarı Nizami Qasımzadə deyib.

Onun sözlərinə görə, hazırda arxeoloji qazantılar aparılır:

“Layihələndirilmə prosesində bütün bunlar nəzərdə tutulmalıdır. Yaxın günlərdə bərpa işlərinə başlanılacaq. Eyni zamanda, Basqalın digər məscidi də bərpa olunacaq”.

Nizami Qasımzadə onu da qeyd edib ki, məqsəd təkcə bərpa deyil, eyni zamanda, yeni iş yerlərinin də açılmasıdır:

“Sənətkarlığın təbliği ilə bağlı tədbirlər görürük. Müxtəlif emalatxanalar fəaliyyət göstərəcək. Eyni zamanda, ipək kəlağayıların da istehsalı üçün addımlar atılacaq. Bundan başqa, kənd evlərinin turistlərin istifadəsinə təklif olunması üçün də əhaliyə şərait yaradılacaq. Bu işlər aparıldıqdan sonra Basqal camaatı kifayət qədər sayda iş yerləri ilə təmin olunacaq”.

 

Share: