Baş verənlərə aydınlıq gətir, Türkiyə!..

Araşdırmalarımıza görə ABŞ-dakı Erməni lobbisinə qoşulan Yerevanın separatçı dəstəsi (onların başında dayanan 14 ideoloqun iştirakı ilə) Ermənistanın Müdafiə Sənayesini müzakirə ediblər.

Pentaqon genetallarının iştirakı ilə keçirilən bu gözlənilməyən yığıncaqda əsasən Türkiyə ərazisində baş verən zəlzələlər müzakirə olunub və professor Z.D.Xomutyan iddia edib ki, zəlzələlərdə vur-tut 17 nəfər erməni həyatını itirib.

Pentaqondakı hərbi Strateji Araşdırmaların məlumatına görə ölkədə zəlzələ vaxtı 284 nəfər türk alimi, 400 nəfərdən çox tələbə,  160 nəfərdən çox qadın hələ də yerin altındadır və on bir nəsil məhv olub. Pentaqonun “Kosmik fəzadan görüntülər” hesabatından sonra erməni arxiyepiskop Adem Turyanın hesabatı oxunub. (Qeyd edək ki, A. Turyanın 1933-cü ildə dini münaqişədə öldürülmüş E.Turyanın nəslindəndir).

Erməni ideoloqu A.Turyan iddia edib ki, Türkiyədə baş verən meşə yanğınlarında sınaqdan çıxarılmış Tektonik (məxfi silah) silahlar ölkənin iqtisadi mənzərəsini çökdürüb. Yaxşı olardı ki, Ermənistan Müdafiə Nazirliyində Müdafiə Sənayesinin gücü müzakirəyə çıxarılsın.

Başqa bir məlumatda isə bildirilir ki, ermənilərin nüvə proqramının tərkib hissəsi olan “Lizin” erməni şirkətinin proqramında “Tektonik silahlar” əsas faktorlardan birinə çevrilməlidir.

Kosmodrom Bajkonur – Wikipedie

Xatırlatmaq yerinə düşər ki, “Dünyanın bütün kəşfiyyat orqanlarını təlatümdə saxlayan tektonik məxfi dağıdıcı silahların ixtiraçısı azərbaycanlı akademik İkram Kərimov olub. İkram müəllim xatirələrində yazır ki, o, Heydər Əliyevlə Moskvada ötən əsrin 80-ci illərində görüşüb”. Akademik 1991-ci ildə ermənilərin əli ilə öldürülüb.

H.Əliyev təkid edirdi ki, Moskvada qalarsa, ermənilər onu məhv edəcək. O, Bakıya təcili qayıtsın…

Başqa bir məlumatda aydın olur ki, ermənilər tektonik silahları özlərinin müdafiə sənayesinin proqramlarına salıblar. Məqsəd bu silahlar vasitəsilə Azərbaycanı və Türkitəni diz çökdürüb, sıradan çıxarmaqdır. (?)

Araşdırma materiallarında bu da qeyd olunur ki, ehtimal etmək olar ki, Türkiyə zəlzələsində evsiz-eşiksiz qalan, yaxınlarını, əzizlərini itirənlərin bir qismi Zəngəzur torpaqlarına göndərilsinlər.

Türkiyədə süni zəlzələ törədilib? - Bu ölkənin əli var ...

Digər tərəfdən təhlillər göstərir ki, Rusiya Federasiyasının Türkiyə Cümhuriyyətinin 7 milyard dollarlıq (yeddi rəqəminə diqqət edin) Atom Elektrik Stansiyasının tikilməsi istiqamətində saziş imzalayıb.

Moskvadakı Dubna nüvə tədqiqatları mərkəzində çalışan 15 erməni alimi buna etiraz edib.

Zəlzələ o ərzilərdə baş verib ki, o yerlərdə AES inşa edilir… (?)

Türkiyədə güclü zəlzələ: Ölənlərin sayı 76 nəfərə çatıb, 440 ...

Araşdırma materiallarımız göstərir ki, nə Türkiyə, nə Azərbaycan, nə FHN-in, nə də Müdafiə Sənayesi Nazirliyində, şöbələrində… bu istiqamətlərdə, nə də kəşfiyyat mərkəzlərində heç bir hazırlanmış müdafiə taktikası və düşmən təhdidlərindən qorunma proqramlarında bu istiqamətdə iş görülməyib. Amma unutmayaq ki, ölkəmiz hər tərəfdən düşmənlərin, bizi sevməyənlərin acı və ləyaqətsiz niyyətlərilə çəpərlənib.
Türkiyənin Əmniyyət idarələri baş verənlərə aydınlıq gətirməli, Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsindəki “MERKURİ-18” məxfi qovluğunu ölkənin başçısı prezident Putindən o qovluğu vərəqləmək üçün nxahiş etməlidirlər. Çünki belə bir gözlənilməz fəlakət başqa Türk Respublikalarından da, o cümlədən Azərbaycanında başına gələ bilər.

Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq

Rövşən Novruzoğlu 

(Xüsusi olaraq Müstəqil.Az üçün)       

Share: