Baş nazir öz qızına 3 il boyunca işgəncə etdirib

BƏƏ dövlət başçısının köməkçisi və  baş nazir Məhəmməd ibn Rəşid Devlet əl Məktumun qızı Lətifə, 3 il boyunca həbsxanada qaldığını və atasının ona işgəncə verdiyini iddia edib.
O, bir fransız agenti tərəfindən qaçırılaraq qurtulduğunu söyləyib. “Daily Mail” qəzetinin xəbərinə görə, 33 yaşındakı gənc qadın indi Cənubi Hind okeanında bir yaxtada saxlanılır. Şahzadə Lətifə çəkdiyi videolarda ailəsinin və atasının ona etdiyi işgəncələri anladıb:
“Bizim əlimizdə sizin sandığınız kimi heç bir azadlıq olmayıb. Küçəyə çıxmaq qadağan idi. Saraydan çıxanda nəzarət altında idim və müəyyən bir saatdan sonra evə dönməli idim. Anam məndən (hər gün nə etdiyimə dair) izahat alırdı. Sürücüdən hara getdiyimi öyrənirdi. Sürücü bu məlumatları, həm də atamın ofisinə göndərirdi”.
İlk dəfə 16 yaşında qaçmaq istəyən prenses Lətifə, bu məqsədinin uğursuzluğundan sonra dəfələrlə işgəncəyə məruz qaldığını bildirib. O, 3 il 4 ay boyunca həbsdə qaldığını və həbsdən çıxdıqdan sonra isə ona şəxsi pasport verilmədiyini söyləyib. O, həmçinin 2000-ci ildən bu yana xaricə səyahət etmədiyini, maşın sürmək icazəsi olmadığını və bütün hərəkətlərinin izləndiyini deyib.

Share: