Baş idarə rəisi istefa VERDİ

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov işdən çıxıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

C.Məlikov mədəniyyət sahəsindəki 15 illik fəaliyyətini bitirmək barədə qərar verdiyini açıqlayıb: “Qarşımda qoyduğum yeni çağırış və hədəflərə çatmaq üçün durmadan çalışmağa davam edəcəyəm”.

Qeyd edək ki, o, 2018-ci il noyabr ayında bu vəzifəyə təyin olunmuşdu.

Müstəqil.Az

Share: