“Barselona” “Napoli”ni məğlub edərək çempionlar liqasında 1/4 finala yüksəlib

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı məlum olacaq.

xəbər verir ki, “Barselona” İtaliyanın “Napoli” komandası ilə üz-üzə gəlib.

Tərəflər arasında görüş 3:1 hesabı ilə ispaniya təmsilçisinin xeyrinə başa çatıb.

İspanların qollarını Fermin Lopez (15-ci dəqiqə), Joao Kanselo (17) və Robert Levandovski (83) vurub. İtaliyanların qoluna Amir Rrahmani (30) imza atıb.

İlk görüş 1:1 hesabı ilə başa çatıb. Bundan əvvəl hazırkı turnirin qalibi İngiltərənin “Mançester Siti”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bavariya” və Fransanın “Paris Sen-Jermen” klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

1/4 final mərhələsinin püşkatma mərasimi martın 15-də keçiriləcək. İlk oyunlar aprelin 9 və 10-da, cavab qarşılaşmaları isə aprelin 16 və 17-də keçiriləcək. Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Share: