Barbados Kamberbetçin ailəsindən təzminat tələb edə bilər

Barbados hakimiyyəti keçmişdə adada kölələri olan britaniyalılardan təzminat tələb edə bilər. Onların arasında aktyor Benedikt Kamberbetçin ailəsi də var.

Məlumata görə, aktyorun yeddinci nəsildə ulu babası 1728-ci ildə adanın şimalında 250 köləsi olan Kliland plantasiyasını alıb.

Britaniya yüz ildən bir qədər sonra köləliyi ləğv edənə qədər ailə buraya sahib olub.

Plantasiya məşhurun əcdadlarına kiçik bir sərvət qazandırıb. 1833-cü ildə Britaniya İmperiyasının əksər hissəsində köləlik ləğv edildikdən sonra ailə plantasiya üçün bir neçə min funt sterlinq alıb.

Qeyd edək ki, 46 yaşlı aktyorun özü də keçmişdə ailəsinin tarixinin bu səhifəsinə görə üzr istəyib.

Mənbə: TASS

Share: