Balasanyan Ermənistanda dindirildi

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.

“Qafqazino” AzTV-yə istinadən xəbər verir ki, onun vəkili mediaya açıqlamasında faktı təsdiqləyib.

Belə ki, Balasanyan istintaqçılar tərəfindən 4 saata yaxın dindirildikdən sonra xüsusi nəzarətə götürülməklə sərbəst buraxılıb. Dindirilmə zamanı bir sıra şübhəli və qaranlıq qalan məsələlərə aydınlıq gətirən Balasanyanın yaxın günlərdə üzləşmə prosesinə dəvət olunacağı gözlənilir.

Qeyd edək ki, Balasanyanın oğlu da quldurluq maddəsi ilə şübhəli bilinərək həbs olunub.

 


Share: