Balakəndə fındıq bağlarında yanğın oldu

Balakəndə fındıq bağlarında yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Talalar kənd  ərazisində olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində üç ailəyə məxsus, ümumi sahəsi 3 hektar olan fındıq bağında kol-kos, quru ot, xəzəl və bir-neçə fındıq ağacı yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov


Share: