BALAKƏNDƏ C.CABBARLININ YUBİLEYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB…

BALAKƏNDƏ CABBARLININ YUBİLEYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB.
15 mart 2019-cu il tarixdə Balakən şəhər kitabxanasında tanınmış dramaturq, şair, yazıçı, teatr xadimi Cəfər Cabbarlının yubiley gecəsi keçirildi.
Tədbirdə şəhər uşaq kitabxanası, Mərkəzi kitabxananın, RİH nümayəndələri, rayon Gənclər və İdman Idarəsinin könüllüləri, rayon ziyalıları, Balakən yazarları və mətbuat nümayəndələri iştirak edib.
Tədbirin aparıcısı- Balakən şəhər kitabxanasının müdiri Gülarə Muradova çıxışında böyük dramaturq C.Cabbarlının yubileyi, şərəfli, örnək həyat yolu və yaradıcılığı barədə geniş məlumat vermişdir.
Tədbirdə qonaq qismində iştirak edən rayonun ədəbiyyat müəllimi, yazar Aygün Sadiq çıxışında C.Cabbarlının ədəbi fəaliyyətindən danışıb.
Tədbirdə Respublika Əsgər Ailəsi İctimai Birliyinin region şöbə sədri, “Çeşmə” Ədəbi birliyinin sədri, yazıçı-publisist Nəfisət Vahid çıxışında C.Cabbarlının yaradıcılığından danışaraq müasir dövr yazarlarına uğurlar arzulamışdır. Həmçinin”Balakən” qəzetinin məsul katibi, jurnalist Zeynəddin Həsənli də C.Cabbarlı haqda yüksək fikirlər səsləndirərək onun hər kəsə nümunəvi yazıçı olduğunu vurğulayıb.
C.Cabbarlının şeirlərindən təşkil olunmuş musiqi sədaları ilə müşayiət olunan yubiley gecəsi yüksək əhval-ruhiyyə ilə tamamlanıb.
Aygün Sadiq
Müstəqil.Az
Tədbirə aid fotolar:

 

Share: