Bakının zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

xəbər verir ki, qəza Süleyman Vəzirovla Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə “Opel”, “Changan” və BMW markalı minik avtomobilləri toqquşub.

Nəqliyyat vasitələrinə ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Share: